Türkiyə Superliqasında 14-cü turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, İstanbul derbisində “Fənərbaxça” öz meydanında “Qalatasaray”la qarşılaşıb.
Gərgin mübarizədə keçən görüş 1:1 hesabı ilə yekunlaşıb. 27-ci dəqiqədə “Qalatasaray”ın Leroy Sane hesabı açıb. Meydan sahibləri yalnız 90+5-ci dəqiqədə Con Duranın qolu ilə məğlubiyyətdən qaça biliblər.
Bu nəticədən sonra “Qalatasaray” 33 xalla liderdir. Rəqibindən bir xal az toplayan “Fənərbaxça” isə 2-ci pillədə qərarlaşıb.