RU

İstanbul derbisi: “Fənərbağça” - “Qalatasaray” oyununda qalib müəyyənləşməyib

Bakı, 1 dekabr, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

AZƏRTAC xəbər verir ki, XIV tura təsadüf edən matçda “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Şükrü Saracoğlu” stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 27-ci dəqiqədə qonaqların heyətində Leroy Sane açıb. 90+5-ci dəqiqədə isə Con Duran bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, xallarını 33-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinə başçılıq edir “Fənərbağça” isə 32 xalla ikinci pillədə qərarlaşıb.

Избранный
18
4
azertag.az

5Источники