RU

“Babək”ə çıxış üçün məhəllədən “kəsə yol” kimi istifadə edirlər ŞİKAYƏT VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının Babək prospekti yaxınlığında yerləşən bir məhəllənin sakinləri sürücülərin həyətlərini “kəsə yol” kimi istifadə etməsindən narahatdır. Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, bir çox sürücü körpüyə daxil olub çıxmaq üçün əsas yol əvəzinə məhəllə daxili yoldan keçir, bu isə həm təhlükə yaradır, həm də həyətin normal istifadəsinə mane olur. Məhəllə camaatı bildirir ki, avtomobillərin intensiv hərəkəti səbəbindən sakinlər öz həyətlərinə rahat daxil ola bilmir, maşın saxlamaq üçün yer tapmaqda çətinlik çəkirlər. Bundan əlavə, uşaqların və yaşlıların həyətə çıxıb gəzməsi, oynamağı təhlükəli hala gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
avtosfer.az

1Источники