RU

2025 ci ilin sözü bu oldu

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

İngilis dilinin ən nüfuzlu lüğətlərindən biri olan “Oxford Dictionary” bu ilin tendensiyalarını xarakterizə edən sözü elan edib.

“Qafqazinfo xəbər verir ki, universitetin nəşriyyatı “Oxford University Press” tərəfindən yayılan məlumata görə, 2025-ci ilin sözü “rage bait” seçilib.

Sözün birbaşa mənası Azərbaycan dilində “qəzəb tələsi” deməkdir və internet mühitində qəsdən əsəb, qəzəb və ya aqressiya yaratmaq üçün hazırlanan məzmunu ifadə edir. Belə kontent, adətən, istifadəçiləri qıcıqlandıran ifadələr, təhqiramiz yanaşma və ya provokativ fikirlərlə müşayiət olunur və əsas məqsəd baxış sayını və reaksiyaları artırmaqdır.

“Oxford University Press” bildirib ki, “rage bait” bu ilin informasiya mühitində hökm sürən xaosu və emosional gərginliyi ən dəqiq ifadə edən anlayış kimi seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
109
50
qafqazinfo.az

10Источники