RU

Bakı Bulvarında ilk dəfə açıq havada buz meydançası yaradılıb FOTO/VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dekabrın 1-də Dənizkənarı Bulvarda Yeni il yarmarkası açılıb.Bizim.Media xəbər verir ki, yarmarkanın ən diqqətçəkən yeniliklərindən biri şəhərin ilk açıq havada yaradılan buz meydançasıdır.

 

ÜNNA Studio tərəfindən qurulan və “Nargis” Fondu tərəfindən təşkil olunan meydança “Dinamo” zonasında yerləşir. Buz örtüyü sərbəst hərəkət üçün kifayət qədər genişdir.

Həmçinin yarmarkada quraşdırılan dekorativ işıqlandırmalar və müxtəlif əyləncə zonaları ziyarətçilər üçün əlçatan və maraqlı təcrübə təqdim edir.Yarmarkanın digər hissələrində müxtəlif satıcılar üçün pavilyonlar quraşdırılıb. Burada isti içkilər, suvenirlər, dekorativ məhsullar və mövsümi aksesuarlar təqdim olunur.

 

Builki yarmarkanın məqsədi həm mövsüm ab-havasını yaratmaq, həm də bulvar ərazisində yeni formatda ictimai məkan təqdim etməkdir.

Ziyarətçi axınının artıq ilk gündən yüksək olduğu qeyd edilir. Yarmarka dekabrın 1-dən yanvarın 5-dək fəaliyyət göstərəcək.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
2
bizim.media

3Источники