RU

Tramp Maduronu bir həftə ərzində Venesuelanı tərk etməyə çağırıb

BAKI, 2 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığında ondan bir həftə ərzində ailəsi ilə birgə ölkənitərk etməyi tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, 20 dəqiqədən az davam edən söhbətdə Tramp Maduroya 28 noyabradək Venesuelanı tərk etmək üçün vaxt verib.

"Reuters"in məlumatına görə, Maduro ailəsi ilə ölkəni tərk etmək üçün şərtlərini açıqlayıb. Ona qarşı tam hüquqi amnistiya, ABŞ sanksiyalarının ləğvi, habelə "International Criminal Court" çərçivəsində aparılan işi dayandırmaq şərtlərini irəli sürüb.

=Mənbələrin bildirdiyinə görə, Tramp bu tələblərin böyük hissəsini rədd edib, lakin Maduronun ölkəni tərk etməsi ilə bağlı danışıqların davam etdirilməsi istisna edilmir.

30 noyabrda Tramp Madurо ilə danışdığını təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb.

Избранный
31
teleqraf.com

1Источники