RU

Niger Fransa şirkəti ilə münasibətləri tam dayandırıb

Bakı. Trend:

Nigerin hərbi hakimiyyəti ölkənin uran hasilatını beynəlxalqbazarda satışa çıxaracağını açıqlayaraq, Fransa şirkəti “Orano” iləqarşıdurmada yeni mərhələyə keçdiyini bəyan edib.

Trend-in məlumatına görə, bu haqda Niger rəsmi açıqlama verib.Bildirilir ki, iyunda milliləşdirilən “Somaïr” şirkətinin istehsaletdiyi uran artıq Niger dövlətinin tam nəzarətində beynəlxalqbazarda satışa təqdim olunacaq.

“Somaïr” şirkəti əvvəllər 63,4%-i “Orano”ya, 36,6%-i isə Nigerdövlətinə məxsus olan birgə müəssisə idi. İyunda hərbi hökumətşirkəti milliləşdirərək “Orano”nun istismar icazəsini ləğv edib vəfransız şirkətini əməliyyat nəzarətindən tamamilə məhrum edib.

2024-cü ilin sonunda “Orano” Nigerdəki üç mədən layihəsinə –“Somaïr”, 2021-də bağlanmış “Cominak” və dünyanın ən böyük uranyataqlarından biri sayılan “Imouraren” sahəsinə – nəzarətiitirdiyini qəbul etmişdi. Təkcə “Imouraren”in ehtiyatları 200 minton olaraq qiymətləndirilir.

Dövlət televiziyası “Télé Sahel”in məlumatına görə, Nigerinhərbi rəhbəri general Abdourahman Tiani ölkənin öz təbiisərvətlərindən müstəqil şəkildə istifadə etmək, onları bazarqaydalarına uyğun olaraq istənilən alıcıya satmaq hüququna malikolduğunu vurğulayıb. “Niger, öz ləyaqətini qoruyaraq, istehsaletdiyi uranı beynəlxalq bazara çıxarır”,- deyə o bildirib.

Избранный
58
az.trend.az

1Источники