RU

Kubada ağcaqanadlar ilə keçən viruslara yoluxma nəticəsində 33 nəfər ölüb

Bakı. Trend:

Kuba Səhiyyə Nazirliyi ağcaqanad sancmaları vasitəsilə ötürülənarboviruslar səbəbindən 33 nəfərin öldüyünü bildirib.

Trend-in məlumatına görə, bu barədə "Granma" qəzeti Nazirliyəistinadən xəbər verib.

Məlumata əsasən, ölkədə epidemioloji vəziyyət çətin olmaqdadavam edir, ən çox denqe və çikunqunya virus xəstəlikləriyayılıb.

Kuba səhiyyə nazirinin müavini Karilda Penya Qarsiyanınsözlərinə görə, denqe xəstəliyinə yoluxanlardan 12 nəfər (onlardanyeddisi 18 yaşdan kiçik) və çikunqunya xəstəliyinə yoluxanlardan 21nəfər (onlardan 14-ü uşaq) dünyasını dəyişib.

Penya Qarsiya qeyd edib ki, ölkə üzrə yoluxma nisbəti azalsa da,bəzi ərazilərdə əksinə, epidemioloji vəziyyət pisləşir. Onunsözlərinə görə, ötən həftə Kubada çikunqunya xəstəliyinə 5717 yeniyoluxma halı qeydə alınıb. Yoluxma hallarının ümumi sayı 38 938təşkil edir, onlardan 1 260-ı PCR testi ilə təsdiqlənib.

Избранный
43
az.trend.az

1Источники