RU

Aİ Ukrayna danışıqlarında tərəflərə öz mövqeyini çatdıracaq

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) Ukraynada aparılan sülh danışıqlarının iştirakçılarına öz mövqeyi və maraqları barədə məlumat verməyi planlaşdırır.

Hafta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sözçüsü Paula Pinho bildirib.

Brüsseldə keçirilən brifinqdə Aİ-nin son təmaslarına dair sualları cavablayan sözçü vurğulayıb ki, son həftə ərzində Ukrayna ilə bağlı sülh danışıqları mövzusunda müxtəlif səviyyələrdə bir neçə müzakirə aparılıb.

Pinho, həmçinin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığını xatırladıb. Onun sözlərinə görə, söhbət zamanı “başqa məsələlərlə yanaşı, davam edən sülh danışıqlarının növbəti mərhələləri və bunun Avropa İttifaqı ilə bağlı aspektləri” müzakirə olunub:

“Müzakirələr müxtəlif səviyyələrdə davam edir və sizi əmin edirik ki, bu sülh danışıqları çərçivəsində Avropa maraqları, eləcə də Ukraynanın Aİ ilə bağlı maraqları bütün tərəflərə çatdırılacaq”.

Избранный
6
1
hafta.az

2Источники