RU

Kir Starmer Londonun Pekinlə əlaqələr qura bilməməsini tənqid edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer Çini Birləşmiş Krallığın milli təhlükəsizliyinə real təhdid adlandırsa da, Pekinlə əməkdaşlığın vacibliyini də vurğulayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Starmer Londonun lord meri tərəfindən təşkil edilən ənənəvi ziyafətdə bildirib. “Bəli, Çin Böyük Britaniyanın milli təhlükəsizliyinə real təhlükə yaradan ölkədir”, – deyə Baş nazir vurğulayıb. Eyni zamanda, o, Londonun Pekinlə kifayət qədər güclü əlaqələr qura bilməməsini tənqid edib.

O həmçinin bildirib ki, Böyük Britaniya Pekinlə əməkdaşlıq etsə də, bütün casusluq cəhdlərini və qeyri-qanuni kiber fəaliyyətlərin qarşısını almaq, Rusiya ilə əməkdaşlıq edən Çin qaz və neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək və insan hüquqlarının pozulması hallarını ifşa etmək niyyətindədir.

Избранный
9
2
ikisahil.az

3Источники