Bakı.Trend:
Masallıda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-inməlumatına görə, hadisə dekabrın 1-i Masallının Həsənli kəndiərazisindən keçən hissəsində saat 12 radələrində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Fərmudə Hüseynova idarə etdiyi“Nussan Sunny minik” markalı avtomobillə Masallı rayonu Həsənlikəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən anidən idarəetməni itirərək avtomobili aşırıb.
Hadisə nəticəsində sürücü F.Hüseynova, avtomobildə olansərnişinlər 1975-ci il təvəllüdlü İsmayılova Gülşən İsa qızı,1985-ci il əvəllüdlü Nuriyeva Nuriyə Rasim qızı və 1961-ci iltəvəllüdlü Vəlişova Sevda İsa qızı müxtəlif dərəcəli bədənxəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxilolublar.
Sərnişin S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzixəstəxanasında ölüb.
Faktla bağlı Masallı RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi iləcinayət işi başlanmışdır.