RU

Hərracda ən baha qiymətə satılmış təzə avtomobil - FOTO

Qərb ölkələrində keçirilən hərraclarda antik avtomobillərin milyonlarla dollara satılması adi haldır. Təzə avtomobillər bir qayda olaraq hərraca çıxarılmır. Lakin, istisnalar qaydaları möhkəmləndirir. 

Avtosfer.az xəbər verir ki, ABŞ-dəki “RM Sotheby’s” hərrac evində satışa çıxarılmış avtomobilə 20,6 milyon dollara müştəri tapılıb. Maşının maraqlı tarixçəsi var.

“Gordon Murray S1 LM” cəmi 1 ədəd hazırlanıb. Avtomobil əvvəlcə 5 nüsxədə sifariş edilsə də, sifarişçinin səhhəti ilə əlaqədar olaraq yalnız 1 dənə hazırlanıb. Avtomobilin 4,3 litrlik V12 mühərriki 700 at gücü hasil edir. 


“Gordon Murray S1 LM” tarixə hərracda ən baha qiymətə satılmış təzə avtomobil kimi tarixə düşüb.

Vüqar

Избранный
2
1
avtosfer.az

2Источники