RU

AQEM-in Baş katibinin müavini: Azərbaycanın sədrliyi universitetlərarası əməkdaşlıq üçün yeni imkanlar açır

Bakı, 2 dekabr, AZƏRTAC

ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfransda biz region üçün olduqca vacib məsələlər ətrafında müzakirələr aparırıq. Belə ki, Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində müəyyənləşdirdiyi prioritetlər xüsusi əhəmiyyət daşıyır. AQEM bir sıra sahələr üzrə əməkdaşlıq baxımından effektiv mexanizm rolunu oynayır. Artıq 28 üzv dövlət bu platforma çərçivəsində birgə fəaliyyət göstərir və AQEM 30 ildən artıqdır ki, regional əməkdaşlığa mühüm töhfələr verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfransda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling deyib.

O qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə universitetlər arasında əməkdaşlıqla bağlı yeni təşəbbüs irəli sürülüb. “Bu təşəbbüsə bütün universitetlər qoşula bilər və o, tədqiqat sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edir. Təşəbbüs dayanıqlı inkişaf, iqlim dəyişmələri və digər müvafiq istiqamətləri əhatə edir. Universitetlər yalnız bilik mərkəzləri kimi deyil, həm də faktlara əsaslanan siyasətlərin formalaşdırılmasına təkan verən vacib institutlar kimi çıxış edirlər. Gənclərimiz isə müasir çağırışlara cavab verən yeni ideya və yanaşmaların əsas daşıyıcılarıdır”, - deyə Baş katibin müavini əlavə edib.

O əlavə edib ki, ADA Universitetinin AQEM-in Aparıcı Universitetlər Tərəfdaşlıq Şəbəkəsinin (AUTŞ) Koordinasiya Şurasına sədrlik etməsi isə ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da güclənməsinə, birgə layihələrin və elmi-tədqiqat təşəbbüslərinin genişlənməsinə mühüm töhfə verəcək.

Избранный
39
1
azertag.az

2Источники