RU

“Şagirdlərin əksəriyyəti peşə təhsilinə üz tutur” -

Orta məktəblərdə şagirdlərin əksəriyyəti peşə təhsilinə üz tutur.Metbuat.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, son illərdə Prezidentin tapşırığı əsasında peşə təhsili sahəsində bir sıra vacib addımlar atılıb, ölkəmizin müxtəlif yerlərində müasir tələblərə cavab verən peşə təhsil müəssisələri istifadəyə verilib:“Peşə təhsili müəssisələrinə üz tutan qadınların sayı artıb. Tələbələrin 39 faizini qadınlar təşkil edir. Peşə təhsili həm də ali təhsilə keçid üçün mühüm körpü rolunu oynayır. Peşə təhsili eyni zamanda sosial-iqtisadi inkişaf üçün vacib sayılır. Peşə təhsilində adambaşı maliyyələşdirməyə keçid də imkanları genişləndirir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
41
metbuat.az

1Источники