RU

Marşrut avtobusu qəza törətdi – Ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə ötən gün saat 07 radələrində Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Samir Loğman oğlu Mamedov 160A saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı marşrut avtobusu ilə qəsəbə ərazisində piyadanı vurub.

Ağır xəsarətlər alan piyada 1977-ci il təvəllüdlü Vurğun Cəlil oğlu Əliyev hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.

Избранный
11
4
nocomment.az

6Источники