RU

Elm və Təhsil Nazirliyinin rəsmisi: Bizim uğurumuz peşə təhsili müəssisələrinin birgə fəaliyyətindən asılıdır

Bakı, 2 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır. Burada peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu dekabrın 21-də keçirilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında çıxış edən Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli söyləyib. O qeyd edib ki, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir. Eyni zamanda, bu qaydaların icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur. Bizim uğurumuz peşə təhsili müəssisələrinin birgə fəaliyyətindən asılıdır.

“İnfrastruktur layihələri ilə yanaşı, peşə məktəblərinin idarə edilməsində rəqəmsal həllər tətbiq olunur, təhsil-tələbə təqibləri sistemi tətbiq edilir və digər məsələlər diqqətdə saxlanılır.

Peşə təhsili bütün dünyada olduğu kimi, Azərbaycanda da müasir dövrün tələblərinə uyğun, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayır”, - deyə Mətin Kərimli söyləyib.

 

Избранный
38
9
azertag.az

10Источники