RU

Deputat: Turizmin inkişafı üçün ABŞ, İran və Avropa ölkələrinin vətəndaşları üçün viza rejimi ləğv edilsin

Azərbaycanın turizmin inkişafı üçün ABŞ, İran və Avropa ölkələrinin vətəndaşları üçün viza rejimini ləğv etməsi təklif olunub.

APA xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib.

“Bu il Azərbaycana gələn turistlərin sayı keçən illə müqayisədə 1,7% azalıb. Məsələn, Avropadan gələn turistlərin sayı 21.7% azalıb, Mərkəzi Avropadan gələn turistlərin sayında isə 10% azalma baş verir. Amma qonşu Gürcüstanda ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə turistlərin sayında 6,6% artım olub. Azərbaycana 2 171 000 turist gəlibsə, bizdən çox kiçik Gürcüstana 4 307 000 turist gəlib, bizdən iki dəfədən də çox artıb.

Çalışmalıdır ki, ABŞ, İran və Avropa ölkələrinin vətəndaşları üçün viza rejimi aradan qaldırsın. Eyni zamanda Azərbaycanda böyük bir araşdırma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina edilir? Bu, daha çox həm də bizdə bu xidmətlərin qiymətinin artması ilə bağlıdır. Təyyarə biletləri bahadır, ümumiyyətlə, ictimai iaşə obyektlərində qiymətlər həddindən artıq bahadır və ucuz hotellər Azərbaycanda yoxdur. Buna görə də bu turistlərin sayını birbaşa təsir edir”, - deyə Qüdrət Həsənquliyev vurğulayıb.

Избранный
41
2
apa.az

3Источники