RU

Saşa İliç üzr istədi, Arda Turan isə... - VİDEO

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" Ukrayna çempionatının 14-cü turu çərçivəsində "Krivbass"la matçda xal itirib (2:2).

Fanat.Az xəbər verir ki, gərgin keçən oyun qalmaqalla yadda qalıb. 

Türkiyəli mütəxəssis oyunun gedişində rəqib düşərgənin ehtiyat oyunçular skamyasına hücum çəkərək həçkarı ilə münaqişə yaşayıb. 

Aqressiv davranışına görə sarı vərəqə ilə cəzalanan Arda Turan dördüncü dəfə xəbərdarlıqla üzləşdiyi üçün növbəti turu buraxmalı olacaq.

Arda oyundan sonra açıqlamasında özündən çıxmasının səbəbini açıqlayıb:

"Onların skamyasından mənə qarşı hörmətsizlik edildi. Mənim ailəm haqqında kobud söz deyildi. Gərgin qarşıdurmalarda münaqişələr yarana bilər, amma elə şeylər var ki, onlara toxunmaq olmaz. "Partladığıma" görə üzr istəyirəm, amma bu hadisəyə görə qarşı tərəfdən üzr istəməyəcəyəm. Matçdan sonra həmin şəxsə ifadələrində səhv etdiyini söyləmək istədim. Bu, futboldur - belə şeylər olur. Bu, həm də oyunun bir hissəsidir". 

Qeyd edək ki, oxşar münaqişə Azərbaycan Premyer Liqasının son turunda "Sumqayıt"ın baş məşqçisi Saşa İliçlə "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasov arasında da yaşanıb. Saşa İliç oyundan sonra davranışına görə rəqib düşərgədən üzr istəyib.

Mirağa

Избранный
22
1
fanat.az

2Источники