RU

Gökhan Gönül saxlanıldı – ARENA.AZ

Futbol üzrə Türkiyə milli komandasının, “Fənərbağça” və “Beşiktaş” klublarının sabiq müdafiəçisi Gökhan Gönül saxlanılıb.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, 40 yaşlı keçmiş müdafiəçi səhm bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə başladılan istintaq çərçivəsində tutulub. İstanbul Baş Prokurorluğu beş bölgədə əməliyyat keçirib və ümumilikdə 12 nəfəri saxlayıb.

Xatırladaq ki, Gökhan Gönül karyerası ərzində “Gənclərbirliyi”, “Fənərbağça”, “Beşiktaş” və “Rizəspor” kimi klublarda çıxış edib. O, “Fənərbağça” ilə iki, “Beşiktaş”la bir dəfə Türkiyə çempionu olub. Keçmiş sağ cinah müdafiəçisi vaxtilə Türkiyə milli komandasının heyətində 66 oyuna çıxıb, 1 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

40 yaşlı mütəxəssis Türkiyənin U-21 millisində baş məşqçi, “Fənərbağça”da isə köməkçi məşqçi kimi çalışıb.

Избранный
45
5
arena.az

10Источники