RU

Qafqazın ilk aqro-ekoturizm məkanı

Qafqazın ilk aqro-ekoturizm məkanı olan “Bio Garden” regionda ekoturizmin inkişafına töhfə verən nümunəvi layihə hesab olunur.

Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov Modern.az-a açıqlamasında Şəkidə yerləşən “Bio Garden” parkının turizm potensialından danışıb.

Onun sözlərinə görə, təsərrüfatda xarici turistlər üçün birbaşa meyvə-tərəvəz satışı həyata keçirilir. Bu isə həm turistlərin yerli məhsullara çıxış imkanını artırır, həm də bölgədəki sahibkarların gəlirlərinə əhəmiyyətli təsir göstərir.

Məlikov əlavə edib ki, layihə yerli kənd təsərrüfatı ilə məşğul olan sakinlərin maddi dəstəklənməsi və region iqtisadiyyatının canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Cavid Zahidoğlu

Избранный
27
4
modern.az

8Источники