RU

Dekabr ayında bu balığı yeyin, ən sağlamıymış

Qış mövsümünün başlaması ilə immuniteti gücləndirmək üçün balıq istehlakı daha da önəm qazanır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə dekabrda ən yüksək qida dəyəri məhz skumbriyaya məxsusdur.

Diyetoloqların sözlərinə görə, soyuq havanın başlaması dəniz balıqlarının yağ tərkibini artırır və bu, skumbriyanın qida dəyərini ən yüksək səviyyəyə çatdırır. Bu balıq immuniteti gücləndirən Omega-3 yağ turşuları, ürək-damar sağlamlığını dəstəkləyən EPA-DHA nisbəti, qış aylarında çatışmayan D vitamini və yüksək B12 səviyyəsi ilə seçilir. Güclü protein tərkibi isə əzələ sağlamlığına dəstək verir.

Skumbriya qış aylarında tez-tez rast gəlinən yorğunluq, zəif immunitet, diqqət yayınıqlığı və əzələ zəifliyi kimi halların azalmasına kömək edən vitamin və minerallarla zəngindir. Mütəxəssislər qeyd edir ki, bu balığın dəyəri təkcə Omega-3 ilə məhdudlaşmır; tərkibindəki selen hüceyrələrin yenilənməsini dəstəkləyən güclü antioksidant rolunu oynayır.

Qida ekspertləri vurğulayırlar ki, dekabr ayında skumbriya digər balıq növlərinə nisbətən daha yağlı, daha doyurucu və daha az zərərli olur. Yerli skumbriyada civə səviyyəsinin aşağı olması onu uşaqlar, hamilə qadınlar və yaşlılar üçün də təhlükəsiz edir.

Mütəxəssislərə görə, qışda həftədə ən azı iki dəfə skumbriya yemək immuniteti gücləndirmək üçün ən təsirli və təbii üsullardan biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
19
e-saglam.az

1Источники