RU

"35-40 fəaliyyət sahəsi bu prosesdən faydalanır və yüzlərlə insan bu sahədə çalışır"

"Qiymətlərlə bağlı Dövlət Turizm Agentliyinin hər hansı müdaxilə mexanizmi yoxdur".

Milli.Az xəbər verir ki, bunu Şəkiyə təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov deyib.

İzah edib ki, bazar iqtisadiyyatı şəraitində qiymətlər tələb-təklif əsasında formalaşır. Rəqabət artdıqca xidmət keyfiyyəti və qiymət siyasətində də müsbət dəyişikliklər müşahidə olunacaq.

"Aqroturizm gəlirlərin artırılmasına mühüm təsir göstərir. Buradakı bütün meyvə və tərəvəzlər orqanikdir və təsərrüfat sahibləri məhsullarını birbaşa turistlərə təqdim edərək həm gəlir əldə edir, həm də turizm dəyər zəncirində iştirak edirlər. Meyvələrdən müxtəlif məhsullar hazırlanır və onların satışı da əlavə gəlir imkanı yaradır".

Turizm sahəsində məşğulluqdan danışan Ş.Məlikov bildirib ki, rəsmi statistika olmasa da, Şəki region üzrə turizm sektorunun ən aktiv olduğu rayonlardan biridir. 

"Turizm dəyər zənciri çərçivəsində təxminən 35-40 fəaliyyət sahəsi bu prosesdən faydalanır və yüzlərlə insan bu sahədə çalışır. Yerləşmə obyektləri, ictimai iaşə məkanları, aqroturizm təsərrüfatları və icma əsaslı turizm subyektləri məşğulluğun artırılmasına əhəmiyyətli töhfə verir".

Mina Mikayılova
Milli.Az

Избранный
65
milli.az

1Источники