RU

Rusiyada HİV daşıyıcılarının sayı 1,25 milyona çatıb Hər 25 kişidən biri virusla yaşayır

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada HİV-lə yaşayan insanların sayı son bir ildə daha 35 min nəfər artaraq 1,25 milyon nəfərə yüksəlib.

“AzPolitika” bildirir ki, bu barədə Federal Elmi-Metodiki Mərkəzin rəhbəri, akademik Vadim Pokrovski məlumat verib. Onun sözlərinə görə, ölkədə 15–50 yaş arası əhalinin 1%-i, yəni hər yüz nəfərdən biri HİV daşıyıcısıdır. Ən çox yoluxma 40–45 yaşlı kişilər arasındadır.

Pokrovskinin məlumatına əsasən, 40–45 yaşlı kişilər arasında HİV daşıyıcılığı 4%-dir. Bu, hər 25 kişidən biri deməkdir.

Qadınlarda isə eyni yaş qrupunda göstərici 3%-ə qədər yüksəlir.

Hazırda dünyada ümumilikdə 40 milyon insan HİV infeksiyası ilə yaşayır. İl sonunadək 1,4 milyon yeni yoluxma qeydə alınacağı gözlənilir.

Məlumatlara görə, ötən il Rusiyanın 14 regionunda hamilə qadınlar arasında HİV daşıyıcılarının payı 1%-i keçib. Onlardan 11 regionda isə bu göstərici artıq bir neçə ildir ki, 1%-dən yüksəkdir. Ən yüksək yeni yoluxma halları Çukotka, İrkutsk və Samara bölgələrində qeydə alınıb.

“Əgər dəqiq desək” layihəsinin məlumatına görə, Rusiyada HİV-dən ölüm statistikası açıq deyil. Araşdırmalar göstərir ki, ildə təxminən 30 min HİV daşıyıcısı ölür. Onların 18 mininin ölümü birbaşa virusla bağlı səbəblərdən baş verir.

Dünya hər il 1 dekabr tarixində QİÇS-lə mübarizə gününü qeyd edir. Məqsəd maarifləndirməni artırmaq, xəstəliyin yayılmasının qarşısını almaq və HİV-lə yaşayan insanlara dəstəyi gücləndirməkdir.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
azpolitika.info

1Источники