RU

Etibar Nuriyev: Bio Garden aqroturizmin inkişafının əyani nümunəsidir

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu sözləri Şəki rayonunda "Bio Garden" aqro ekoturizm məkanının rəhbəri rayonun qış turizm potensialı ilə tanışlıq mövzusunda təşkil olunan media-turda dilə gətirib. O diqqətə çatdırıb ki, təəssüratda 3 layihə ərsəyə gətirilib: "Birinci layihədə rentabelli təsərrüfatın qurulması istiqamətində dünya təcrübəsi əyani şəkildə qonaqlara göstərilir. Burada hər bir kvadrat metr torpaq iqtisadi nöqteyi-nəzərdən dəyərli istifadə olunur. İkinci layihədə ailə formatlı dəyər zəncirinin formalaşdırılması və təbliği həyata keçirilir. Üçüncü layihədə isə kənd həyatının turizmə inteqrasiyası nəzərdə tutulur". Müxtəlif ölkələr üzrə mütəmadi səyahətə çıxdığını, bu ölkələrin aqroturizm təcrübəsini öyrəndiyini vurğulayan Etibar Nuriyev bildirib ki, "Bio Garden" ABŞ-dən Yaponiyayadək bitki örtüyünü özündə cəmləşdirir: "Ustalıqla istifadə etdiyimiz torpaqda çalışmışıq ki, hər bir meyvə, xüsusilə regionun iqlimində, adətən, rastımıza çıxmayan hər məhsul (badam, zəfəran, innab və s.) öz təbii şəraitində yetişsin. Məqsədimiz xarici turistlərə kənd təsərrüfatımızın potensialını, kənd mədəniyyətin və onun idarəedilməsinin ən nümunəvi modelini, o cümlədən turizmə inteqrasiyasının necə ustalıqla həyata keçirilməsini göstərməkdir. Çünki aqroturizm xarici turistlər üçün çox maraq doğurur. Bu sahədə görülən bütün işləri "Bio Garden"də əyani görmək mümkündür". O bildirib ki, Azərbaycan vətəndaşları 5 manat, xarici vətəndaşlar isə 10 manat ödənişlə "Bio Garden" təsərrüfatını ziyarət edə bilərlər: "Ödəniş əsasında turistlərin 8 hektar ərazini 3 saat ərzində gəzmələri, özünü rahat hiss etməsi üçün şərait yaradılıb. Turistlər meyvələri, habelə hazırladığımız digər məhsulları dada, onları ala bilərlər. Sahəmizdə balıq tutulması, toyuq kəsilməsi və s. istiqamətlərdə də ustad dərsləri keçirilir. Burada turistlər üçün həmçinin kafe və restoran, habelə azyaşlı uşaqların əylənmələri üçün atraksionlar fəaliyyət göstərir". AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
azvision.az

1Источники