RU

“Şəkidə ekoturizm potensialı olduqca yüksəkdir” -

Şəki Regional Turizm Ərazi İdarəsinin fəaliyyət göstərdiyi rayonlarda ekoturizm potensialı olduqca yüksəkdir və bu istiqamətdə fəaliyyət göstərən təsərrüfatların sayı hər il artır.Metbuat.az xəbər verir ki, sözləri Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov qış turizmi potensialına həsr olunan media-tur zamanı deyib: “Düşünürəm ki, gələcəkdə regionun turizm cəlbediciliyinin əsas inkişaf xəttlərindən biri məhz ekoturizm olacaq.Regional idarə olaraq turistlərin məlumatlandırılması və onların region üzrə rahat naviqasiyasının təmin edilməsi məqsədilə müxtəlif işlər həyata keçiririk. Bu fəaliyyətlərə turistik xəritələrin hazırlanması, yerləşmə müəssisələrində qonaqlara göstərilən xidmət səviyyəsinin artırılması üçün təlimlərin təşkili, həmçinin regionun təbliği ilə bağlı reklam və kommunikasiya kampaniyalarının həyata keçirilməsi daxildir.Bundan əlavə, turizm sənayesinin inkişafını təmin etmək üçün dostluq və əməkdaşlıq çərçivəsində dövlət qurumları və özəl sektor nümayəndələri ilə mütəmadi görüşlər təşkil edirik. Bu görüşlər həm koordinasiyanın gücləndirilməsinə, həm də turizm infrastrukturu və xidmətlərinin davamlı inkişafına mühüm şəkildə töhfə verir.

Növbəti illərdə də regionun turizm potensialının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və ekoturizm imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirməyi planlaşdırırıq”.

Избранный
44
4
metbuat.az

8Источники