RU

Şahin Məlikov: Sənayenin tərəfdaşı olaraq sahibkarlara hər zaman dəstək göstəririk

Şəki, 2 dekabr, AZƏRTAC

Hazırda Şəkidə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir. Ümumi nömrə fondu 830-dan artıqdır. Bu yerləşmə müəssisələrinin 14-də audit aparılıb və mövcud statistika belədir: Şəhərdə 1 beşulduzlu, 6 üçulduzlu və 1 ikiulduzlu hotel mövcuddur. Digər müəssisələr ulduz təsnifatından keçməsə də, bu kriteriyalar sonradan yenilənən infrastruktur əsasında dəyişdirilə bilər.

Bunu AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov deyib.

O vurğulayıb ki, region artıq turizm üçün cəlbedici zonadır və dövlət tərəfindən sahibkarlara aşağı faizli kreditlər kimi bir sıra dəstək mexanizmləri təqdim edilir.

Şahin Məlikov qeyd edib ki, turizm sahəsində fəaliyyət göstərmək üçün əlavə lisenziya və icazə tələbləri ləğv edilib: “Qonaq evləri, hostellər, ictimai iaşə müəssisələri, tur operator və tur agentlikləri fəaliyyətinə dair maneələr aradan qaldırılıb. Biz sənayenin tərəfdaşı olaraq sahibkarlara hər zaman dəstək göstəririk”.

Избранный
72
azertag.az

1Источники