RU

Niyə paltarları 40 dərəcədə yumamalısınız?

ain.az bildirir, Lent az portalına istinadən.

Müasir insanın gündəlik həyatında yuma rejimi ayrılmaz bir hissəyə çevrilib. Lakin bir çoxları vərdiş üzrə yüksək temperaturda xüsusilə 40°C-də yuyurlar və bununla həm paltarlarının ömrünü qısaldır, həm də elektrik enerjisinə artıq pul xərcləyirlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, peşəkar camaşırxana işçiləri və mütəxəssislər bildirirlər ki, müasir yuyucu vasitələr sayəsində yüksək temperatur artıq zəruri deyil və səmərəli yuma aşağı temperaturlarda da mümkündür.

Niyə 30°C ideal yuma temperaturudur?

Əksər parçalar üçün tövsiyə edilən temperatur 30°C-dir. Bu temperatur gündəlik çirklənmələri təmizləmək üçün kifayətdir və eyni zamanda parçalara zərər vermir.

30°C-də yumanın üstünlükləri

Enerji qənaəti. Su qızdırılması paltaryuyan maşının enerji sərfiyyatının 80 faizini təşkil edir. 30°C-də yuma 40°C ilə müqayisədə 46 faizə qədər, 60°C ilə müqayisədə isə 66 faizə qədər enerji qənaəti təmin edir.

Bu, ümumi elektrik sərfiyyatını 30–40 faiz azaldır.

Parçaların qorunması. İsti su lifləri zədələyir, nazildir və geyimin ömrünü qısaldır. Soyuq yuma paltarların ömrünü 2–3 dəfə uzada bilər. Bu xüsusilə ipək, yun, trikotaj və həssas sintetiklər üçün vacibdir.

Rəngin qorunması. Aşağı temperatur paltarların solmasının qarşısını alır.

Yığılmanın (büzüşmənin) qarşısını alır. Tam pambıq parçalar üçün xüsusilə vacibdir.

Aşağı temperaturda yuma barədə miflər

Mif 1: Toz soyuq suda həll olmur.

Bu, artıq keçmiş fikirdir. Müasir tozlar, gellər və kapsullar 30°C-də aktivləşən ferment və komponentlərlə hazırlanır. Əgər toz həll olmursa, problem onun keyfiyyətindədir, suda yox.

Mif 2: Bütün bakteriyaları yalnız isti su öldürür.

Tam sterilizasiya üçün həqiqətən yüksək temperatur lazımdır, lakin 60–90°C-də adi yuma belə bütün mikrobları öldürmür, bəzi bakteriyaların 80 faizdən çoxu sağ qala bilər.

Daha effektiv üsul - dezinfeksiyaedici əlavə vasitələr və çarpayı dəstlərinin buxarlı ütü ilə işlənməsidir.

30°C-də ideal nəticə üçün praktiki məsləhətlər

Etiketləri oxuyun - hər parça üçün optimal temperatur qeyd olunur.

Paltarları çeşidləyin - çox çirkli paltarlar əvvəlcədən isladılmalıdır.

Keyfiyyətli yuyucu vasitələr seçin - yaxşı gel və ya toz 30°C-də də təsirli olur.

Çətin ləkələr üçün temperaturu artırmaq əvəzinə ləkəçıxarıcı istifadə edin.

Yüksək temperatur nə vaxt lazımdır?

60°C və daha yüksək temperatur yalnız xüsusi hallarda tələb olunur:

Xəstəlik zamanı çarpayı dəstləri və dəsmallar üçün

Yeni doğulmuş körpələrin paltarları üçün

Çox çirkli iş geyimləri üçün

Mətbəx dəsmalları və tekstili üçün

Hətta bu hallarda da yüksək temperatur yalnız vaxtaşırı, yəni hər yuma üçün deyil, tətbiq olunmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
lent.az

1Источники