RU

"Şəkidə real turist axını rəsmi statistikadan daha yüksəkdir " - Şahin Məlikov

Şəki rayonunda turizm statistikasında artım müşahidə olunur. Ümumilikdə Şəki rayonunda turizm sahəsi üzrə son statistik göstəricilər müsbət dinamikanı əks etdirir. Rəsmi məlumatlara əsasən, il ərzində yerləşmə müəssisələrində ümumi gecələmə sayı 21 min nəfəri ötüb.

Paralel.az xəbər verir ki , bu sözləri Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov Şəki şəhərində təşkil olunan mediaturda deyib.

Onun sözlərinə görə, otellərdən daxil olan hesabatlara görə, məhz otel sektorunda gecələyən turistlərin sayı 17 mindən artıq olub.

Lakin bu rəqəmlərin reallıqdan tam olaraq xəbər vermədiyi də bildirilir. Belə ki, Şəki və ümumən regionun digər rayonlarında icma əsaslı turizm geniş yayılıb. Yəni bir çox sakinlər şəxsi evlərini qonaq evi kimi turistlərin istifadəsinə təqdim edir. Bu isə rəsmi statistikalara daxil edilmir və real turist axınının daha yüksək olduğunu göstərir.

Şahin Məlikov əlavə edib ki, hazırda Şəki rayonunda ümumilikdə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir:

"Qeyd edilməlidir ki, yerləşmə müəssisəsi anlayışı yalnız otelləri deyil, müxtəlif kateqoriyadan olan qəbul məkanlarını da əhatə edir.

Turizm Agentliyinin aparılan qiymətləndirmələrinə əsasən, bu müəssisələrdən otel kateqoriyasına daxil olan 14 obyekt üzrə ulduzlandırma formaları tərtib olunub. Statistikaya görə, Şəkidə hazırda 1 ədəd 5 ulduzlu, 6 ədəd 3 ulduzlu, 1 ədəd 2 ulduzlu otel fəaliyyət göstərir. Digər yerləşmə obyektləri ulduz kateqoriyası tələblərinə cavab vermədiyi üçün ulduz almayıb".

Избранный
34
1
paralel.az

2Источники