RU

Evinin altından 500 kq-lıq ayı çıxdı - Şok hadisə

ABŞ-ın Kaliforniya ştatında yaşayan Ken Johnson, bir neçə həftədir evinin altındakı icazəsiz qonağı çıxarmağa çalışır. Bu, təxminən 500 kq çəkisi olan qara ayıdır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ken Johnson, zibilliklərin aşılması və bağdakı daşların yerindən tərpənməsi üzərinə şübhələnib və hərəkət hiss edən təhlükəsizlik kameraları quraşdırıb.

Görüntülər, nəhəng ayının 75 santimetrlik dar bir boşluğa girib-çıxdığını ortaya qoyub. Ayı, zibilləri qarışdırarkən və daşları qaldırarkən də kameraya düşüb.

Избранный
15
manset.az

1Источники