RU

Güclü maqnit qasırğası riski var

Yazını böyüt
Yazını kiçilt

Yer kürəsində hazırda peyklərin, internetin və elektrik şəbəkələrinin işində nasazlıqlara səbəb ola biləcək maqnit qasırğası riski mövcuddur.

Hafta.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, hazırda Günəşdə 1859-cu ildə astronom Riçard Kerrinqton tərəfindən qeydə alınmış iri bir ləkə müşahidə olunur.

1859-cu ilin sentyabrında Yer tarixdə qeydə alınmış ən güclü günəş qasırğalarından biri ilə üzləşmişdi. Şimal işıqları bütün dünyada, hətta Karib hövzəsi, Bahama və Havay adaları üzərində belə müşahidə olunmuşdu. Avropa və Şimali Amerikada teleqraf sistemləri sıradan çıxmış, bir çox stansiyalar yanmışdı.

Mütəxəssislər qeyd ediblər ki, hazırda Günəşdə iki günəş ləkəsi müşahidə olunub, lakin onlar bir-birinə o qədər yaxındır ki, nəhəng bir ləkə kimi görünür. Onların yaxın yerləşməsi güclü alışmaların ehtimalını artırır.

Ehtimallara əsasən, intensivliyinə görə “Kerrington hadisəsi"nə bərabər ola biləcək maqnit qasırğası zamanı peyklərin, internetin və elektrik şəbəkələrinin işində nasazlıqlar yarana bilər.

Избранный
5
1
hafta.az

2Источники