RU

Ov mövsümünün dayandırılması bazardakı bu məhsulları bahalaşdıra bilər – VACİB AÇIQLAMA

Ov mövsümünün müvəqqəti dayandırılması son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Qərarın bazarda müəyyən məhsulların qiymətinə necə təsir göstərə biləcəyi ilə bağlı suallar gündəmdədir. Bəs, ov mövsümünün müvəqqəti dayandırılması bəzi məhsulların qiymətinə necə təsir göstərə bilər?

Mövzuya münasibət bildirən iqtisadçı professor Elşad Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, ov yolu ilə bazara çıxarılan məhsulların ümumi bazar payı yüksək olmadığından ciddi bahalaşma gözlənilmir.

Onun sözlərinə görə, təsirlər müəyyən dərəcədə hiss olunsa da, bunun kəskin qiymət artımına gətirib çıxarma ehtimalı azdır:

“Düşünürəm ki, bu məsələnin bir sıra məhsulların qiymətlərinə təsirləri mövcud ola bilər. Amma həmin təsirlər o qədər güclü olmayacaq. Ov nəticəsində bazara çıxarılan məhsulların bazardakı payı o qədər çox deyil. Ona görə də qiymətlərdə müəyyən korreksiyalar mümkündür, lakin kəskin dəyişikliklərin şahidi olacağımızı düşünmürəm.”

Elşad

Aynurə İsmayıl
KONKRET.az

Избранный
7
1
konkret.az

2Источники