Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycanın hüquq-mühafizə orqanının ehtiyatda olan polkovniki, yazıçı, hərbi jurnalist İlqar Quliyev vəfat edib.
Redaktor.az teleqraf-a istinadla xəbər verir ki, 69 yaşında Bakıda infarktdan dünyasını dəyişən polkovnik Göyçayda dəfn olunub.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə polkovnik İlqar Quliyevin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Polkovnik qeyd edib ki, İlqar Quliyev hər zaman Azərbaycan dövlətinə sədaqətlə xidmət edib, hansı qurumda çalışmasından asılı olmayaraq, öz vəzifə borcunu layiqincə yerinə yetirib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, İlqar Quliyevin işıqlı xatirəsi hər zaman xalqın qəlbində yaşayacaq, onun zəngin irsi gənc nəsil üçün ilham mənbəyi olacaq.
Məlumat üçün qeyd edək ki, polkovnik İlqar Quliyev bir çox məqalə və kitabların müəllifidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.