RU

Qubada xəstəxana maliyyəsində şok: vəsaitlərin depozit və sələmə yönləndirildiyi iddia olunur – REPORTAJ

Ötən həftə Quba Rayon Mərkəzi Xəstəxanasında aparılan maliyyə yoxlaması zamanı küllü miqdarda maliyyə pozuntuları aşkar edilmişdi. İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən yoxlama zamanı xəstəxananın maliyyə şöbəsində bir sıra uyğunsuz maliyyə əməliyyatlarının icra edilməsi faktı müəyyənləşmişdi. Yoxlamalar hələ tam yekunlaşmamış xəstəxananın publik hüquqi şəxsi Əlyar Sərvərov maliyyə şöbəsinin baş mühasibi Babayev Elşən Baba oğlunu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad etdi. Nə qədər ikonik səslənib görünsə də, təxmini məbləği 500 min manata yaxın olan bu qədər vəhamətli vəsaitin yoxa çıxması qarşılığında direktorun sadəcə baş mühasibi işdən azad etməsi sanki özünü rəhbəri olduğu müəssisədə baş verən bu əməlin məsuliyyətindən və iştirakçılığından azad etməsi və yaxa qurtarması illüziyasına bürüməyə çalışır. Baş mühasib aylarla yüzə yaxın irili-xırdalı maliyyə əməliyyatlarını icra edib, yarım milyona yaxın vəsaitlə ürəyi istədiyi kimi davranıb, amma bütün bunlardan Əlyar Sərvərovun xəbəri olmayıb. Fakta əlaqədar olaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına belə müraciət ünvanlamaq lüzumu belə görmədən direktor Əlyar Sərvərov baş mühasibi maliyyə yoxlamaları hələ yekunlaşmamış işdən azad edir.

Əldə etdiyimiz məlumatlara əsasən, aşkarlanan maliyyə pozuntusu təxminən 497 min manat vəsaiti əhatə edir. İddia edilir ki, bu vəsait məqsədli şəkildə nəğdləşdirilərək bankların Qubada yerləşən filiallarına depozit olaraq qoyulub. Bu barədə əlimizdə hər hansı bir dəlil olmasa da, səsləndirilən digər bir iddiaya əsasən, bu vəsaitin bir hissəsi kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan firmalara sələm olaraq verilib. Xəstəxananın maliyyə hesabları Beynəlxalq Bankda olduğundan mövzu ilə əlaqədar olaraq Beynəlxalq Bankın Quba filialının direktoru Ramil Əliyevlə əlaqə saxladıq. Ona mövzu barədə məlumat verib, bütün bu əməliyyatlar barədə öncədən məlumatlı olub-olmadığını, həmçinin sözügedən bu vəsaitin aidiyyəti üzrə sərf edilməməsinin diqqətini çəkib-çəkmədiyi sualını ünvanladıq. Şifahi sorğumuza cavab verən bankın direktoru Ramil Əliyev suallarımızın yalnız rəsmi informasiya sorğusundan sonra bankın mətbuat xidməti tərəfindən cavablandırıla biləcəyini bildirdi.

Qeyd edək ki, hazırda Maliyyə Nazirliyi tərəfindən Quba MRX-də kompleks maliyyə yoxlaması həyata keçirilir.

Избранный
33
7times.az

1Источники