RU

Azərbaycan Kubokunda ilk 1/4 finalçı bəlli oldu – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun Sumqayıtda baş tutub.

Mərhələnin ilk oyununda Birinci Liqada mübarizə aparan “Şahdağ Qusar” elita təmsilçisi “Turan Tovuz”u qəbul edib. Rəvan Həmzəzadənin idarə etdiyi oyunda qapılara üç qol vurulub. Çətin qələbəyə sevinən Tovuz təmsilçisi ilk 1/4 finalçı olub.

Günün digər oyununda iki paytaxt təmsilçisi – “Zirə” və “Neftçi” üz-üzə gələcək. Zirədə keçiriləcək oyunun baş hakimi Tural Qurbanov olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları dekabrın 3-də və 4-də keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final

2 dekabr

“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2
Qollar: F.Camalov, 76 – A.Hüseynov, 4-pen. A.Souza, 64.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Sumqayıt Arena”, 15:00.

Şahdağ Qusar: 1. Müşfiq Nadirov, 19. Ruslan Voronsov, 9. Famil Camalov (k), 29. Elşən Veysov, 44. Seymur Əliyev, 55. Firuz Əhmədov, 4. Cavad Qurbanlı, 5. Ramin Abdullayev, 10. Vüsal Əliyev, 17. Yelmar Aşurov, 40. Kvaku Adjey.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 87. Hilal Maqsudlu, 14. Rahid Əmirquliyev, 6. Əzəmət Ələkbərli, 7. Maqsud Ələkbərov, 20. Mehman Məsimov, 70. Cavid Quliyev, 77. Orxan Fərəcov, 3. Məhərrəm Orucov, 71. Sənan Ağalarov, 97. Polad İbrahimov, 38. Rail Əmirquliyev.
Məşqçi: Elnur Abdullayev.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 73. Ülvi Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov, 3. Enrike Silva, 90. Joarlem Santos, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Baş məşqçi: Kurban Berdıyev.

Избранный
51
14
arena.az

10Источники