RU

Arda Turan daha bir qalmaqal yaratdı

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Ukraynanın “Şaxtyor” (Donetsk) komandasının baş məşqçisi Arda Turan yenidən qalmaqalla yadda qalıb.

"Unikal" xəbər verir ki, 38 yaşlı mütəxəssis ölkə çempionatının XIV turunda “Krivbas”la keçirilən oyun (2:2) zamanı rəqib komandanın məşqçilər korpusu ilə mübahisə yaşayıb. Görüşün baş hakimi veteran futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Türkiyəli çalışdırıcı matçdan sonra verdiyi açıqlamada bildirib ki, rəqibin məşqçilər heyəti onun ailəsi və yaxınları haqqında xoşagəlməz ifadələr səsləndirib.

Bu mövsüm Ukrayna Premyer Liqasında 4-cü sarı vərəqəsini alan mütəxəssis növbəti oyunda texniki heyətdə yer almayacaq.

Xatırladaq ki, Arda Turan daha əvvəl də rəqib məşqçilərlə tez-tez mübahisə yaşaması ilə gündəmə gəlib.

“Şaxtyor"un 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Oleksiy Belik Arda Turan barədə maraqlı açıqlama verib: “Arda Turan əla oyunçu olub, amma mən özümü bir məşqçi olaraq ondan aşağı görmürəm. Ardanın məndən yalnız bir üstünlüyü var, o da instaqramda milyonlarla izləyicisinin olmasıdır”.

Məsələ ilə bağlı danışan A.Turan Oleksiy Belikin fantastik məşqçi olduğunu söyləyib: “Onun gördüyü işləri çox bəyənirəm və bütün təşəbbüslərini dəstəkləyirəm. Bəlkə də o, "Şaxtyor"u məndən daha yaxşı idarə edə bilərdi".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
3
unikal.az

4Источники