
Dünyanın ən soyuq yeri Şərqi Antarktika Yaylasıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “IFLScience” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Şərqi Antarktika Yaylasında ilk dəfə 1983-cü il iyulun 23-də havanın temperaturu təqribən mənfi 89,2°C-ə düşərək, yaylanın orta illik temperaturundan xeyli aşağı düşüb. Bununla belə, o vaxtdan bəri Şərqi Antarktika Yaylasında daha aşağı temperaturlar da qeydə alınıb.
Belə ki, Boulder Kolorado Universitetinin Milli Qar və Buz Məlumat Mərkəzindən bir qrup Şərqi Antarktika Yaylasında 2004-2016-cı illərdə toplanmış peyk məlumatlarını araşdırıb. Araşdırmalar göstərib ki, bu illər ərzində yaylanın bəzi ərazilərində qütb gecəsində temperatur -98°C-ə qədər çatıb.
Aşağı temperatur əsasən buz təbəqəsinin ən yüksək olduğu hissələrdə, dəniz səviyyəsindən 3800-4050 metr hündürlüklərdə qeydə alınıb.