RU

Zelenskinin Vaşinqtondakı əlaqələri necə çökdürüldü? - Keçmiş XİN rəhbəri faktlar açıqladı...


Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Zelenskinin Vaşinqtondakı əlaqələrinin çökməsinə səbəb olan prosesin addım-addım necə hazırlandığını və Zelenskinin ABŞ-da təklənməsinə yol açan qərarların necə qəbul edildiyini açıqlayıb.

Kuleba 2024-cü ilin əvvəlində Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqə saxlamaq istədiyini, lakin Prezident Aparatının rəhbəri Andriy Yermakın buna mane olduğunu bildirib. İddialara görə, Yermak Ukraynanın ABŞ-dakı Respublikaçı qanadı ilə yeganə alternativ rabitə kanalının tamamilə bağlanmasına səbəb olub.

Kulebanın sözlərinə görə, Yermak Zelenskiyə "Respublikaçılarla Mayk Pompeo üzərindən əlaqəmiz var" deyərək, Kuşnerlə əlaqənin gərəksiz olduğunu bildirib. Pompeo Trampın ilk dövründə ABŞ Dövlət katibi olub. Bir neçə ay əvvəlisə Ukrayna müdafiə şirkəti “Fire Point”in nəzarət şurasına seçilib. Şirkətin Timur Mindiç və Yermakla əlaqələri Kiyevdə "maraqlar toqquşması" söhbətlərinə səbəb olub.

Məlumata görə, 2024-cü il Münhen Təhlükəsizlik Konfransında ABŞ-da sürətlə yüksələn bir fiqur olan senator, hazırki vitse-prezident J.D.Vens Zelenski ilə görüşmək istəyib. Ancaq Ukrayna tərəfi onun bu tələbini cavabsız qoyub.

Kulebaya görə, bütün bu maneələr, yanlış istiqamətləndirmələr və əlaqə üçün əldən verilmiş fürsətlər 28 fevralda Ağ Evdə baş tutan gərgin görüşü qaçılmaz edib.

Kuleba Ukraynanın "çox çətin bir dövrə qədəm qoyduğunu" və qısa müddətdə "xoşagəlməz" itkilərlə üzləşəcəyini söyləyib. Lakin o, bunu Rusiyanın "Ukraynanı bir dövlət kimi məhv etmək" məqsədinə qarşı uzunmüddətli qələbə kimi dəyərləndirib.

TAHİR

Избранный
7
baki-xeber.com

1Источники