RU

Zinət əşyaları mağazasında qızıl boyunbağını uddu - Həbs edildi

Zinət əşyaları mağazasında qızıl boyunbağını uddu - Həbs edildi

Yeni Zelandiyanın Okland şəhərində zinət əşyaları mağazasında 33585 Yeni Zelandiya dolları dəyərində boyunbağını udan şəxs həbs edilib.

Radio New Zealand (RNZ) xəbər verir ki, polis yerli vaxtla saat 15:30-da Oklanddakı zinət əşyaları mağazasından məlumat alıb.

Hadisə yerinə gələn polis əməkdaşları 32 yaşlı şübhəlini 33585 Yeni Zelandiya dolları dəyərində boyunbağını udduğunu müəyyən edib.

Boyunbağını udan şəxs polis tərəfindən oğurluq ittihamı ilə saxlanılıb.

Rayon Məhkəməsində keçirilən məhkəmə iclasından sonra şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib və növbəti məhkəmə iclasının 8 dekabr tarixində keçiriləcəyi gözlənilir.

Boyunbağının 18 əyar qızıldan hazırlandığı, üzərində 60 ağ almaz və 15 mavi safir olduğu bildirilib. Boyunbağındakı qızıl ilbizin gözlərinin isə iki qara almazdan ibarət olduğu qeyd edilib.

Yumurtaya bənzər yaşıl rəngli boyunbağının ətrafı qiymətli daşlarla bəzədilmiş çiçək naxışları ilə örtülüb və içərisində ilbiz fiquru yerləşir.

Избранный
19
afn.az

1Источники