RU

Avropa İttifaqının keçmiş yüksək vəzifəlisi saxlanılıb

Belçikada Avropa İttifaqının diplomatik xidmətinin keçmiş baş katibi Stefanо Sannino saxlanılıb.

AzPost-un xarici mediaya istinadla məlumatına görə, o, Aİ diplomatik xidmətində korrupsiya işi üzrə dördüncü şübhəli kimi istintaqa cəlb edilib. Bildirilir ki, Sannino həmin dövrdə quruma rəhbərlik edən Jozep Borrelin ardından diplomatik xidmətin ikinci ən yüksək şəxsi olub.

Fransa mətbuatı yazır ki, Aİ diplomatik xidmətinə Kaja Kallas rəhbər təyin olunduqdan sonra Sannino qurumun Yaxın Şərq, Afrika və Fars körfəzi üzrə baş direktorluğuna keçib və strukturdakı ən təcrübəli fiqurlardan biri olaraq qalırdı.

İstintaq çərçivəsində saxlanılanlar arasında daha bir şəxs – Avropa Kollecinin baş meneceri də var. Bundan əvvəl diplomatik xidmətin sabiq rəhbəri Federika Mogerininin də saxlanıldığı xəbər verilmişdi.

AzPost.az

Избранный
29
azpost.info

1Источники