RU

İrandan gələn bu məhsullara nəzarət gücləndirildi

İran İslam Respublikasından portağal məhsullarının idxalı ilə bağlı müraciət əsasında götürülmüş nümunələrin müayinəsi nəticəsində bəzi partiyalarda istifadəsinə yol verilməyən, insan həyat və sağlamlığı üçün təhlükəli hesab edilən rəngləyici maddə (Citrus Red 2) aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Belə ki, cari il ərzində İrandan portağal idxalı üçün ümumilikdə 33 şirkətin müraciəti qeydə alınıb, uyğunsuzluq isə yalnız üç şirkətə məxsus məhsulda müəyyən edilib.

Məhsul partiyalarının dövriyyəsinin qarşısı alınıb. Həmçinin İrandan idxal edilən portağal məhsulları üzrə yoxlamaların dövriliyi artırılıb. Bütün məhsul partiyaları laborator müayinələrə cəlb edilməklə nəzarət daha da gücləndirilib. Lakin az miqdarda qarışıq halda digər partiyaların içərisində daxili bazara çıxma ehtimalını nəzərə alaraq satış şəbəkələrində müvafiq tədbirlər icra edilməkdədir.

Избранный
5
8
olke.az

9Источники