“Neftçi”nin məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü qəsəbə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sənan Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Zirə”ni təhlil etmişdik, güclü və zəif tərəflərini futbolçulara göstərmişdik. Bəlkə də, məşq eləməyə zamanımız olmadı. Çünki Tovuz səfərindən sonra cəmi bir məşq keçə bildik. Futbolçuların bərpasına daha çox diqqət eləmişdik. Oyuna pis başlamadıq. Həm rəqibin hücumlarının qarşısını ala bilirdik, həm də bəzən hücumlarımız daha təhlükəli olurdu. Uşaqlar döyüşdülər, amma sonda buraxdığımız qol üzücü oldu. Azarkeşlərimiz çox yaxşı dəstək verdilər. Onlardan üzr istəyirəm”.
