RU

Beyin köçü əsas problemlər sırasında qeyd edilib

BAKI, 3 dekabr. TELEQRAF

“Narahatlıq doğuran daha bir hal-ölkədə qalaraq, beyin köçünə uğramaqdır. Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə keçirdiyi sosioloji tədqiqatın nəticələri deyilənləri təsdiqləyir”.

Teleqrafxəbər verir ki, bunu Zahid Oruc “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, “Beyin köçü”, intellektual miqrasiya (39.7%), eləcə də kadr məsələləri və karyerada yüksəliş imkanları (38.9%), həmçinin, alimin imici (34.6%) də əsas problemlər sırasında qeyd edilib:

“Elmi ideyalar-texnoloji inqilabın mühərrikidir. Azərbaycanda Harvard təhsilli məmurlar, yüksək ixtisaslı kadrlarımız var. Eyni zamanda, Səlcuk Bayraqdar kimi MTİ bitirən azərbaycanlının qayıdıb ölkəmizdə “MTİ mühiti” yaradacağına da inanırıq. Dünya şöhrətli Lütfi Zadə örnəyi, Google-da çalışan Tural Bədirxanlı, NASA-da işləyən azərbaycanlılar, ali təhsil sahəsində model kimi tanınan ADA Universitetimiz var.Texnofestin təşkili Prezidentin 100 minlərlə gənc üçün Bayraktarı simvol, ideal kimi görməsinin nəticəsidir. Onun üçün orta məktəblərdən-kompüter və informasiya texnologiyaların- dan başlamaq ən yaxşı yoldur”

Избранный
85
teleqraf.com

1Источники