RU

"Rəflərimizdə ermənilərə cavab kitabları olmalıdır" -Komitə sədri

"Elm olmayan yerdə mütləq cəhalət var. Elm harada varsa, orada inkişaf olacaq və rasional təfəkkür olacaq"

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Sosial-siyasi elmlər müasir çağırışları fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər"  mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı söyləyib.

"Maltus nəzəriyyəsi var. Cəbri və həndəsi silsilə ilə resursların və əhalinin artmasıdır. 100 illərdir bu qanunun işlədiyi deyilir. Amma hələ onun tam ilgəyi hələ yaranmayıb, yaranmasın. Ermənilər bizim üçün bir ilgək olmasın da, xahiş edirəm. Bütün gücümüzü verib onları cavablandırıb udmuşuq. Öz aləmimdə düşünürəm ki, bir Azərbaycan alimi bir erməni alimini udub. Tam belə əminlik var içimdə ki, biz udmuşuq. Amma Maltus ilgəyi kimi erməni mövzusu bizim alimlərimizin qabağında ilgək olmamalıdır".

Deputat bildirdi ki, kitablarınızın rəflərinə baxanda, hər yerdə yalnız ermənilərə cavab kitabları və yaxud erməniləri qabaqlayan kitablar olmamalıdır:

"Özümüzün milli elmi gündəliyimizi elə müəyyənləşdirməliyik ki, onlar bizlə yarışmağa çalışsınlar. Dağlıq Qarabağ ifadə olaraq azalıb. ATƏT-in Minsk Qrupu ifadə olaraq azalıb, dövriyyədən çıxır. Əvəzində elm sözü artsın. Qarabağ elm, elm Qarabağ. Görün, nə qədər özünə məna yaradacaq. Vaxtilə yunan filosofları deyirdilər: sözü ver, mənaları yarat, özünə tale, strategiyalar və s yaradacaq".

Aytəkin TOFİQQIZI

Избранный
79
redaktor.az

1Источники