RU

"Ginnesin rekordlar kitabı" İsraili boykot etdi

İddia olunur ki, Ginnesin Dünya Rekordları (GWR) təşkilatı İsraildən rekord müraciətləri qəbul etməmək qərarına gəlib. 

Missiya.Az xəbər verir ki, bu barədə İsrailin 12-ci Kanal televiziyası məlumat yayıb.

Məlumata görə, ölkədə donorluğu təşviq edən "Həyat Hədiyyəsi" (Matnat Chaim) adlı təşkilatın müraciəti "siyasi səbəblərdən" ləğv edilib.

Təşkilat Ginnesin Rekordlar Kitabına daxil edilmək üçün Qüdsdə 2 min könüllü donorun bir araya gətirilməsi üçün tədbir tələb edib və bunun üçün yüzlərlə dollar ödəniş həyata keçirib. Lakin qeyd olunur ki, bu yaxınlarda GWR-dən "hazırda İsraildən qeydiyyatdan keçmiş müraciətləri qəbul etmirlər" adlı elektron məktub alıblar. Təşkilat qərarın səbəbini aydınlaşdırmağa çalışır.

"Həyat Hədiyyəsi" təşkilatının rəhbəri Reyçel Heber qərara etiraz edərək, bu addımı "İsrailin tibb sahəsində qazandığı uğurları qeyd etməkdən imtina" kimi qiymətləndirib.

Seyranə Quliyeva Missiya.Az 

Избранный
60
missiya.az

1Источники