RU

Anası barədə yayılan söz söhbətlər qanla bitdi TƏFƏRRÜAT

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Qəbələ rayonunda 18 yaşlı oğlan anası haqqında intim söhbətlər yayan qonşusuna ağır xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ağdaş rayon sakini, 2008-ci il təvəllüdlü Cəfər  həmkəndlisi və əvvəlcədən anası Əfsanə ilə aralarında olan mübahisələr nəticəsində küsülü və ailə üzvləri ilə ədavətli olan Elcana (adlar şərtidir – red.) bir neçə dəfə zəng edib. O, Elcana digər şəxslərin, eləcə də onlardan torpaq almaq istəyən istintaqa məlum olmayan şəxsin yanında anası Əfsanə, həmçinin onun ailə üzvlərinin əxlaqsız və pozğun olması barədə danışmasını əsas gətirərək, bu barədə ona iradını bildirib. Daha sonra o, həmin gün, gecə saat 2 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətdə Elcanla Qəbələ şəhəri,  Nizami Gəncəvi küçəsində yerləşən “Park Market” adlı supermarketin qarşısında görüşüb,  orada həmin mövzu ilə əlaqədar mübahisəni davam etdirib. 

Bundan sonra saat 3 radələrində Elcanın təklifi ilə onunla birlikdə avtomobillə Qəbələ şəhəri, Həzi Aslanov küçəsində yerləşən inzibati binasının arxa hissəsinə gəlib. Orada həmin mövzu ilə əlaqədar əvvəlcə avtomobildə, ardınca avtomobildən yerə  düşərək mübahisəni davam etdirərkən əvvəlcədən özündə saxladığı bıçaqla ona zərbələr vurub. Hadisəni törədən Cəfərin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Elcan onun qonşusudur: “Elcan bizimlə ailəmizdə söz-söhbət yaratdı. O, anamın əxlaqsız olduğunu bildirdi və təhqir etdi. Dəfələrlə onunla söhbət etməyimə baxmayaraq, əməlindən əl çəkmədi. Sonuncu dəfə Elcanla görüşən vaxt, ondan niyə belə etdiyini soruşdum. Elcan məni təhqir etdi və üzərimə gəldi. Ona görə də, məlum hadisə baş verdi. Elcan mütəmadi olaraq anam və bacım haqqında hər yerdə danışdı, ailəmi təhqir etdi. Hadisə günü Elcanla marketin yanında söhbət etdik. Sonra məni parka dəvət etdi. Parkda Elcanla əlbəyaxa dava etdik. Elcan məni təhqir etdi və üstümə gəldi. Mən də onu bıçaqla vurdum”.Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərib ki, səhv etmirsə, Elcanın 40 yaşı var: “O, anama əxlaqsız deyib. Bunu özümə sığışdıra bilməmişəm. Sinif yoldaşlarımın içində utanmışam və pis vəziyyətdə qalmışam. O, anama da, bacıma da əxlaqsız ifadələr söyləyib. Hadisə günü ona zəng edərək görüşdüm. Təxminən 3-4 ildir ki, ailəmi təhqir edir. Onunla münaqişə uzun zamandır davam etməkdə idi. 3-4 il ərzində Elcanla görüşməmişəm. Birinci dəfədir ki, onunla görüşürdüm. Hadisə günü biraz içkili olmuşam. Elcanın yanında heç kim olmayıb. O, tək olub. Evdə bıçaq olmayıb. Ona görə marketdən bıçaq almışam və evə aparacaqdım. Elə oldu ki, həmin günü Elcanla görüşəsi oldum və məlum hadisə baş verdi”.Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq olmaqla 3 il şərti cəza verilib. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulub.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
demokrat.az

1Источники