RU

Washington Post: “Yaxın Şərqin tarixi fürsəti itmək üzrədir” 

“The Washington Post” yazır ki, Yaxın Şərqdə son iki ildə baş verən müharibələr bölgədə dəyişiklik üçün nadir imkanlar yaratsa da, ABŞ, İsrail və bəzi ərəb ölkələrinin gecikmiş və yanlış siyasəti bu şansı sürətlə puça çıxarır.

Adı açıqlanmayan İsrailin müdafiə rəsmisi qəzetə müsahibəsində bildirib ki, “hər şey dayanıb” və diplomatiya İran, Livan, Suriya və Qəzzada yaranmış geosiyasi boşluqlardan istifadə edə bilmir. Onun sözlərinə görə, Qəzza hələ də böyük ölçüdə HƏMAS-ın nəzarətindədir, Livan Hizbullaha tam nəzarət edə bilmir, İran isə hərbi imkanlarını bərpa edir.

Nəşr qeyd edir ki, Donald Trampın İsrail–Qəzza müharibəsinə son qoyan 20 maddəlik sülh planı regionda ümid yaratmışdı.

Amerikalı analitik Robert Setlofun sözlərinə görə, İsrail hərbi hücumlarda mühüm üstünlüklər qazansa da, onları siyasi nəticələrə çevirməyib: “Bunlar əldən verilmiş fürsətlərdir və bu, təəssüf doğurur”.

Избранный
42
veteninfo.az

1Источники