RU

İsrail iştirakçı ölkələr arasında olduğu müddətcə Sloveniya Avroviziyada iştirak etməyəcək



Sloveniyanın ictimai yayımçısı olan Sloveniya Radio və Televiziyası (RTV) İsrailin iştirakçılar siyahısında qalacağı təqdirdə Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.
Avropa Yayım Birliyinin (EBU) İsraili Avroviziya Mahnı Müsabiqəsində saxlamaq qərarından sonra, müsabiqədən çıxmaq qərarına gələn ölkələrdən biri olan Sloveniyanın RTV kanalı Anadolu Agentliyinin (AA) müxbirinə İsrailə qarşı qəti mövqeyini bildirən yazılı açıqlama verdi.

RTV-nin etik standartlara riayət etdiyi bildirilən açıqlamada deyilirdi: "Biz millətlər arasında sülh, hörmət və bərabərlik dəyərlərinə sadiq qalırıq. Biz inanırıq ki, bu dəyərlər bütün EBU layihələrində qəbul edilməlidir."
Bəyanatda vurğulanır ki, "İsrail iştirakçı ölkələr arasında olduğu müddətcə Sloveniya Avroviziyada iştirak etməyəcək".


RTV-nin sədri Nataliya Qorşak dünən bildirib ki, AYB Rusiyanın iştirakını təsdiqləməyib, lakin indi İsrail üçün eyni şeyi etməyə cəsarət etmir.

Qəzzada 200-dən çox jurnalistin öldürüldüyünü və hələ də əraziyə daxil ola bilmədiklərini qeyd edən Qorşak deyib: "Biz İsrailin keçən ilki müsabiqədəki çıxışının siyasi olduğunu gördük. Biz siyasəti Avroviziyadan kənarda saxlamaq üçün mübarizə aparırıq. Mesajımız aydındır: Əgər İsrail Qəzzada öldürülən 20 mindən çox uşağın yanındadırsa, biz orada deyilik".

Niderland, İspaniya və İrlandiya da İsrailin müsabiqədə iştirakı səbəbindən Avroviziyadan çıxdıqlarını açıqlayıblar.

aia.az
Tərcümə şöbəsi



Избранный
61
6
aia.az

10Источники