RU

Macarıstanın Baş naziri Orban: "Aİ korrupsiya içində boğulur"



Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyi (AB) Komissiyasının və Avropa Parlamentinin qalmaqallardan sarsıldığını bildirərək, "AB korrupsiya içində boğulur" dedi.
Orban ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında AB daxilindəki korrupsiya qalmaqalları ilə bağlı açıqlama verib.

AB Komissiyasının və Avropa Parlamentinin qalmaqallarla sarsıldığını, lakin Brüsselin hələ də "mənəvi üstünlüyünü" qoruduğunu qeyd edən Orban deyib: "AB korrupsiya içində boğulur. AB Ukraynadakı korrupsiyanı qınamalıdır, amma eyni hekayə təkrarlanır: Brüssel və Kiyev həqiqətlə üzləşmək əvəzinə bir-birini qoruyurlar".
2 dekabrda Aİ Baş Prokurorluğu, Aİ tərəfindən maliyyələşdirilən gənc diplomatlar üçün təlim proqramı üzrə tenderdə korrupsiya ilə bağlı araşdırma çərçivəsində Avropa Kollecinin və Aİ Xarici Fəaliyyət Xidmətinin (EEAS) binalarında axtarış aparıldığını və üç nəfərin saxlanıldığını açıqladı.

Saxlanılanlar arasında hazırda Avropa Kollecinin rektoru olan keçmiş Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini və keçmiş AEAS baş katibi Stefano Sannino da var.

Moqerini və digər iki şəxsə qarşı irəli sürülən ittihamlar rəsmi olaraq bildirildikdən sonra sərbəst buraxılıblar.

aia.az
Tərcümə şöbəsi



Избранный
45
aia.az

1Источники