RU

Problemləri ilə baş başa qalan Salyan: Baxan yoxdur VİDEO

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Salyan şəhərinin bır sıra küçələri keçilməz haldadır.

Xüsusilə Heydər Əliyev və Səməd Vurğun adına olan mərkəzi küçələr, eləcə də onlara bitişik məhəllələrdə palçıq dizə çıxır.

Sakinlərin sözlərinə görə, buna səbəb su-kanalizasiya sisteminin yenilənməsi ilə bağlı aparılan işlərdir.

Belə ki, 2024-cü ildə kanalizasiya xətlərinin çəkilişindən sonra asfalt örtüyü yararsız hala düşüb.

"Kanalizasiya çəkirdilər, pis hala saldılar. Problemi həll edən də yoxdur", "Palçığa görə maşın sürmək mümkün deyil", - deyə sakinlər narazılıqlarını bildiriblər.

Mia.az bildirir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı sabiq deputat Rüstəm Xəlilovdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
3
mia.az

5Источники