RU

Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub (FOTO)

Bakı. Trend:

5 dekabr tarixində Azərbaycan Respublikasının Rumıniyadakısəfiri Qudsi Osmanov Timişoaranın meri və hakim koalisiada olan“Rumıniya Xilaskərlar Birliyi” (USR) partiyasının sədri DominikFrits ilə rəsmi görüş keçirib. Görüşdə mümkün əməkdaşlıq imkanları,Timişoara ilə Azərbaycan arasında yeni əlaqələrin qurulması vəikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olub.

Bu barədə Trend-ə səfirliyin Mətbuat Xidmətindən məlumatverilib.

Səfir Qudsi Osmanov şəhərin multikultural xarakterini,beynəlxalq əməkdaşlığa açıqlığını, gənclərin ictimai həyatdafəallığını və özünəməxsus, unikal memarlığını vurğulayaraq, bunun2023-cü ildə Timişoaranın Avropanın Mədəniyyət Paytaxtı statusualması, beynəlxalq səviyyədə tanınması və onun mədəni potensialınınönə çıxmasına mühüm töhfə verməsini qeyd edib. O, Azərbaycan iləRumıniya əlaqələrinə toxunaraq, iki ölkənin regionları arasındaəməkdaşlığının qarşılıqlı faydasından danışıb.

Öz növbəsində mer Dominik Frits Timişoaranın “şəhərdiplomatiyası” konsepsiyasına sadiqliyini və Azərbaycanlamünasibətlərin möhkəmləndirilməsində marağını ifadə edib. Həmçinin,şəhərin rəhbəri Timişoara şəhəri tərəfindən təsis olunan AvropaDəyərləri Mükafatı, və hər il təşkil olunan Timişoara Şəhər Sammitibarədə danışaraq, bu tədbirlərin şəhərin Avropa dəyərləri vəmüzakirələri ilə əlaqələndirən təşəbbüslər adlandırıb.

Rumıniyada dövlət səviyyəsində qeyd olan Milad Bayramı və buölkədə qeyd olan Müqəddəs Nikolay günü ərəfəsində səfir XX əsrinortalarında Timişoarada inşa olunmuş və Rumıniyanın ən mühüm diniməbədlərdən biri olan “Müqəddəs Üç Hiyerarx” kilsəsini ziyarətedib.

Bundan əlavə, Timişoaraya səfər çərçivəsində səfir Qüdsi OsmanovTimişoara Bələdiyyə Sosial Yardım İdarəsinin tabeliyində olan"Inokentsiu Klein" “Qocalar Evi”ni də ziyarət edib. Azərbaycanlıdiplomat “Qocalar evi”nin sakinləri ilə səmimi söhbət aparıb,onlara Azərbaycanın Rumıniyadakı səfirliyi adından kiçik bayramhədiyyələri, şirniyyatlar təqdim edib.

Qeyd edək ki, Timişoara Rumıniyanın ən inkişaf etmiş şəhərmərkəzlərindən biridir və rəqabətqabiliyyətli sənayesi, İT sektoru,memarlıq irsi və multikultural mədəniyyəti ilə tanınır. Şəhər əhalivə ərazi baxımından ölkədə üçüncü yerdədir. Həmçinin TimişoaraRumıniyada azadlıq və demokratiyanın rəmzi sayılır, çünki ölkədə1989-cu il inqilabı məhz bu şəhərdən başlayıb.

Qüdsi
Qüdsi
Qüdsi
Qüdsi
Qüdsi
Məqalədə:
Избранный
48
10
az.trend.az

10Источники